Azərbaycanda təhlükəsiz idman sahəsində peşəkar kadrların artması istiqamətində işlər davam etdirilir.
"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva "III Təhlükəsiz İdman Forumu"nda deyib.
O bildirib ki, forumun əsas məqsədi təhlükəsiz idman sahəsində görülən işlər və bunun daha da inkişaf etdirilməsi ilə bağlıdır:
"Bu sahədə ölkəmiz peşəkar kadrlara malikdir. Bu sayın artması istiqamətində işlər davam etdirilir. Təhlükəsiz idman sahəsini daha da inkişaf etdirmək üçün fikirlərimizi bölüşəcəyik".