Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaqlar.
"Report"un məlumatına görə, ilk yarış günündə üç idmançı tatamiyə çıxacaq.
Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) - Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Nazir Talıbov eyni raundda Migel Qaqo (Portuqaliya) - Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) - Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.