Yanvarda BTC ilə neft ixracının həcmi 1 % artıb

Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 609 min barel olub.

“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib.

“Dekabr ayı ilə müqayisədə yanvarda BTC ilə ixracın həcmi dəyişməyərək gündəlik 609 min barel səviyyəsində qalıb”, - hesabatda qeyd edilib.

2024-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin müvafiq dövründə BTC ilə nəqlin həcmi sutkada 1 % və yaxud 5 min barel artıb.

Xatırladaq ki, BTC 2006-cı il iyulun 13-də istismara verilib. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35