​WTI nefti 40 dollara düşüb

Bakı. 22 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,82 dollar və ya 2,11% ucuzlaşaraq 40,45 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,49%, yaxud 1,16 dollar azalaraq 45,46 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 46 dollar/barel olacağı gözlənilir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 27 yanvar, 2026 / 09:53