Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov martın 18-də Bakıda keçiriləcək OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında iştirak edəcək.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə V.Ələkbərov jurnalistin sualına cavab verərkən deyib.
O həmçinin martın 1-də OPEC+ sazişinə dair Rusiya Energetika Nazirliyində keçiriləcək müşavirədə də iştirak edəcəyini qeyd edib.