Ukrayna qaz ehtiyatlarının həcmini açıqlayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Ukraynada ümumi həcmi 31 mlrd. kubmetr olan 12 ədəd qaz saxlama anbarı mövcuddur.

Bu barədə “Report”a Ukraynanın Energetika və Kömür Nazirliyindən məlumat verilib.

Bu ilin 22 oktyabr tarixinə olan məlumata görə, ölkənin qaz saxlama anbarlarında 16,9 mlrd. kubmetr təbii qaz var. Təbii qazın idxalı isə əsasən Slovakiya, Macarıstan və Polşadan həyata keçirilir.  

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35