Türkiyə gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb

Türkiyənin "Oruç Reis" seysmik tədqiqat gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, gəmi üç sahədə fəaliyyətə başlayıb.

Tədqiqatların aparılacağı sahələrin ümumi ərazisi təxminən 5 min kvadratkilometrdir.

Türkiyə və Somali bu ilin mart ayında neft və qaz ehtiyatlarının öyrənilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35
Azərbaycan nefti cüzi bahalaşıb 18 noyabr, 2026 / 09:33