Dünya bazarlarında neftin qiyməti təqribən 1% artıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 1% bahalaşaraq 1 bareli 104,9 dollara satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,94% artıb və 1 bareli 97,26 ABŞ dolları təşkil edib.
Qiymət artımına neft çatışmazlığının müşahidə olunduğu bir zamanda ABŞ-ın “TC Energy” şirkətinin "Keystone" boru kəmərində təmir işlərinin aparılması, həmçinin ötən gün qeydə alınmış ucuzlaşmadan sonra qiymətin korreksiya çərçivəsində artması təsir göstərib.