Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı bu gün müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində yerləşən diametri 89 millimetr olan qaz xəttində aşkarlanan sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar iyunun 4-də saat 15:00-dan etibarən ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri müddətində ümumilikdə 1000 abonentin qazla təminatında fasilə yaranacaq.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35