SOCAR və “Qazprom” Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişafı imkanlarını müzakirə edib

Rusiyanın “Qazprom” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanda qaz mühərriki yanacağı bazarının inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

“Report” “Qazprom”un məlumatına istinadən xəbər verir ki, müzakirələr “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerlə SOCAR prezidenti Rövşən Nəcəf arasında bu gün keçirilən işgüzar görüşündə aparılıb.

“Tərəflər qaz sahəsində şirkətlər arasında əməkdaşlığın cari və gələcək məsələlərini nəzərdən keçiriblər”, - məlumatda deyilir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35