"SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu ölkədə yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması məqsədilə proqramlar həyata keçirir". “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, şirkətin təqaüdü əsasında minlərlə soydaşımız Gürcüstanın ali məktəblərində dövlət dilində ali təhsil alıb və bu proqram gürcüdilli azərbaycanlı kadrların yetişdrilməsində böyük rol oynayıb. R.Abdullayev hazırda bu proqram çərçivəsində 1 200 nəfərə yaxın azərbaycanlı tələbənin ali təhsil aldığını qeyd edib. O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların sosial rifahının yüksəldilməsi SOCAR şirkəti qarşısında ölkə rəhbərliyi tərəfindən qoyulan əsas vəzifələrdən biridir: "Gürcüstan hökuməti də azərbaycanlıların sıx yaşadığı bölgələrin inkişafına böyük diqqət ayırır, həmçinin SOCAR-ın layihələrini dəstəkləyir və reallaşdırılması üçün şərait yaradır". Qeyd edək ki, bu gün SOCAR-ın dəstəyi ilə Marneuli rayonunun Qızılhacılı kəndində inşa olunan idman kompleksi, Laqodexi rayonunun Qabal kəndidə tikilən uşaq bağçasının açılışı olub. Hər iki sosial obyekt şirkət tərəfindən Gürcüstan hökumətinə təmənnasız təqdim olunub.
SOCAR prezidenti: "Gürcüstanda azərbaycanlıların sosial rifahının yüksəldilməsi əsas vəzifələrimizdəndir"
Digər xəbərlər
Pərviz Şahbazov: Artan enerji tələbatı fonunda qaz sektoruna investisiyalar vacibdir
26 oktyabr, 2026 / 12:47
Qaradağ GES-də istehsalın həcmi açıqlanıb
26 oktyabr, 2026 / 12:16
Azərbaycan Rumıniyaya neft satışını 30 %-dən çox artırıb
26 oktyabr, 2026 / 11:55
Avropada qazın qiyməti 1 100 dolları ötüb
26 oktyabr, 2026 / 11:16
Brent markalı neft 2 %-dən çox ucuzlaşıb
26 oktyabr, 2026 / 09:57
Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
26 oktyabr, 2026 / 01:38
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
26 oktyabr, 2026 / 00:36
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib
25 oktyabr, 2026 / 08:47
Yaşıl enerji dəhlizinə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
24 oktyabr, 2026 / 14:23
Black Sea Energy Cable üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır
24 oktyabr, 2026 / 13:39
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
24 oktyabr, 2026 / 10:21
Eni Kipr sahillərindəki qaz layihəsi üçün infrastruktura 1,8 milyard dollaradək vəsait ayıracaq
23 oktyabr, 2026 / 21:08
Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək
23 oktyabr, 2026 / 19:42
Türkiyə ərazisi ilə Suriyaya nəql edilən Azərbaycan qazının həcmi 1 milyard kubmetri keçib
23 oktyabr, 2026 / 17:53
Azərbaycan Türkiyəyə 8 ayda 7 milyard kubmetrdən çox qaz nəql edib
23 oktyabr, 2026 / 17:39
Azər Məmmədov Ağcabədidə vətəndaş qəbulu keçirib
23 oktyabr, 2026 / 14:36
Asxat Xasenov: KMQ 2026-cı ildə BTC ilə 1,7 milyon ton neft ixrac etməyi planlaşdırır
23 oktyabr, 2026 / 14:35
Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib
23 oktyabr, 2026 / 13:55
Deputat: Aqrar bölgələr üçün kommunal tariflər azaldılmalıdır
23 oktyabr, 2026 / 13:24
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
23 oktyabr, 2026 / 10:57