SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Qeyd olunub ki, iclasda SOCAR Qrupunun 2026-cı ilin ilk altı ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri, şirkətin cari ildə borc öhdəliklərinin idarə olunması istiqamətində görülən işlər müzakirə edilib.

Eyni zamanda "Azneft" İstehsalat Birliyinin cari il üzrə istehsalat fəaliyyətinin nəticələri və inkişaf perspektivləri nəzərdən keçirilib.

İclasda həmçinin SOCAR-ın tamamlanmış və icrası davam etdirilən strateji layihələrinə və gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər