SOCAR prezidenti: "Gürcüstanda azərbaycanlıların sosial rifahının yüksəldilməsi əsas vəzifələrimizdəndir"

SOCAR prezidenti: "Gürcüstanda azərbaycanlıların sosial rifahının yüksəldilməsi əsas vəzifələrimizdəndir"
Energetika
18 Sentyabr , 2021 18:28
SOCAR prezidenti: Gürcüstanda azərbaycanlıların sosial rifahının yüksəldilməsi əsas vəzifələrimizdəndir
Rövnəq Abdullayev
"SOCAR Gürcüstanda biznes fəaliyyətinin inkişafı ilə yanaşı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu ölkədə yaşayan soydaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması məqsədilə proqramlar həyata keçirir".
 
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, şirkətin təqaüdü əsasında minlərlə soydaşımız Gürcüstanın ali məktəblərində dövlət dilində ali təhsil alıb və bu proqram gürcüdilli azərbaycanlı kadrların yetişdrilməsində böyük rol oynayıb.
 
R.Abdullayev hazırda bu proqram çərçivəsində 1 200 nəfərə yaxın azərbaycanlı tələbənin ali təhsil aldığını qeyd edib.
 
O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların sosial rifahının yüksəldilməsi SOCAR şirkəti qarşısında ölkə rəhbərliyi tərəfindən qoyulan əsas vəzifələrdən biridir: "Gürcüstan hökuməti də azərbaycanlıların sıx yaşadığı bölgələrin inkişafına böyük diqqət ayırır, həmçinin SOCAR-ın layihələrini dəstəkləyir və reallaşdırılması üçün şərait yaradır".
 
Qeyd edək ki, bu gün SOCAR-ın dəstəyi ilə Marneuli rayonunun Qızılhacılı kəndində inşa olunan idman kompleksi, Laqodexi rayonunun Qabal kəndidə tikilən uşaq bağçasının açılışı olub. Hər iki sosial obyekt şirkət tərəfindən Gürcüstan hökumətinə təmənnasız təqdim olunub.

Son xəbərlər

Orphus sistemi