Azərbaycan İtaliyaya neft satışından qazancını 9 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 10 milyon 532 min 637,45 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6 milyard 812 milyon 047,6 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 10 ayı ilə müqayisədə 12,8 % az, dəyəri isə 9,3 % çoxdur.

İtaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 56,26 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 161 milyon 967,27 min ABŞ dolları olan 18 milyon 392 min 916,04 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Digər xəbərlər