SOCAR ötən il neft və qaz emalını azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ildə 5 milyon 809 min 329 ton neft emal edib.

Bu barədə “Report” SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 480 min 901 ton və ya 7,6 % azdır.

Eyni zamanda, şirkət tərəfindən ötən il 3 milyard 377 milyon 532 min 312 kubmetr qaz emal edilib ki, bu da 2023-cü ilin göstəriciləri ilə müqayisədə 129 milyon 311 min 144 kubmetr və ya 3,7 % azdır.

Xatırladaq ki, 2023-cü ildə SOCAR tərəfindən 6 milyon 290 min 230 ton neft, 3 milyard 506 milyon 843 min 456 kubmetr qaz emal edilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40