Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı, ölkəmizin yeni enerji strategiyasının müəllifi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla anaraq məzarı önünə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.