Bakı. 1 sentyabr. REPORT.AZ/ "SOCAR Georgia Gas" şirkəti bu ilin oktyabr ayının 1-dən etibarən ölkədə kommersiya müştəriləri üçün satdığı təbii qazın qiymətini artıracaq. "Report" xəbər verir ki, həmin tarixdən qazın 1 kubmetri ƏDV daxil olmaqla, 0,84 lariyə (təxminən 36 qəpik) satılacaq.
"SOCAR Georgia Gas"ın açıqlamasına görə, çörək zavodları, büdcə təşkilatları və kilsələrdə qiymət olduğu kimi qalacaq.