Sentyabr ayı ərzində “Urals” nefti 1,8 dəfə bahalaşıb

Bu ilin sentyabr ayında Rusiyanın əsas ixrac məhsulu olan “Urals” markalı neftin orta qiyməti avqust ayına nisbətən 6,6%, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 1,8 dəfə bahalaşıb və 1 bareli 72,46 ABŞ dollarına satılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bu ilin avqust ayında “Urals” markalı neftin orta qiyməti 1 barel üçün 68 ABŞ dolları olub.

Ümumilikdə isə cari ilin yanvar-sentyabr ayları aralığında “Urals” neftinin orta qiyməti 65,96 ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövründə isə bu qiymət 40,84 ABŞ dollarına bərabər olub.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35