Rövşən Nəcəf: "Qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4 %-i SOCAR-ın payına düşüb"

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2022-ci ilin yanvar-fevral aylarında 129,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf tviter səhifəsində yazıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 108 % çoxdur.

"Ölkə üzrə qeyri-neft ixracının 28 %-i, qeyri-neft məhsullarının ixracı üzrə artımın 51,4 %-i SOCAR-ın payına düşüb", - R. Nəcəf bildirib.

Digər xəbərlər