Qətər OPEC-dən çıxır

Bakı. 3 dekabr. REPORT.AZ/ Qətər Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) tərk etməyə hazırlaşır.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin enerji naziri Saad əl-Kaabi bildirib.

O qeyd edib ki, Qətər 2019-cu ilin yanvar ayında OPEC üzvlüyündən çıxacaq.

Qeyd edək ki, Qətərin gündəlik neft hasilatı 600 min barel təşkil edir.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20