"Qazprom neft"in vitse-prezidenti Anton Calyabov Rusiyada həbs edilib

Rusiyada "Qazprom neft" ASC-nin İdarə Heyəti sədrinin müavini Anton Calyabov saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən məlumat yayıb.

"Hüquq-mühafizə orqanları "Qazprom neft"in İdarə Heyəti sədrinin müavininə təxminən 30 milyon rubl (388 min dollar) məbləğində rüşvət alma ittihamı irəli sürüb, o, saxlanılıb", - İ.Volk bildirib.

Polisin məlumatına görə, A.Calyabov 2021-2022-ci illər ərzində "Qazprom İnvest" MMC-nin filial direktoru vəzifəsində olarkən kommersiya təşkilatlarının rəhbərlərindən dəfələrlə qanunsuz mükafatlar alıb.

Digər xəbərlər