Qazaxıstan enerji çatışmazlığını azaltmaq üçün Aİ-yə neft ixracını artırmağa hazırdır

Qazaxıstan hökuməti qlobal enerji ehtiyatlarının çatışmazlığını azaltmaq üçün Avropa İttifaqı (Aİ) ölkələrinə neft tədarükünü artırmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Almaniya biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Avrasiyada ikinci ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkədir və dünya bazarlarına enerji resurslarının əsas tədarükçülərindəndir.

“Qazaxıstanın neft ixracının 70 %-nin Aİ-yə getdiyini nəzərə alsaq, ölkəmiz ixrac imkanlarını artırmağa və enerji ehtiyatlarındakı qlobal çatışmazlığı azaltmağa kömək etməyə hazırdır”, - Tokayev deyib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35