Qazaxıstan Azərbaycandan neft məhsullarının uzunmüddətli tədarükündə maraqlıdır

Qazaxıstan Azərbaycandan neft məhsullarının uzunmüddətli tədarükündə maraqlıdır.

"Report"un məlumatına görə, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Bakıda keçirilən Azərbaycan-Qazaxıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 21-ci iclasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji sahəsində strateji tərəfdaşlıq formalaşıb və Qazaxıstan Trans-Xəzər marşrutu ilə neftin nəqli sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "KazMunayQaz" arasındakı əməkdaşlığı yüksək qiymətləndirir.

"Qazaxıstan, həmçinin Azərbaycandan müxtəlif neft məhsullarının tədarükü üçün uzunmüddətli müqavilələrin bağlanmasında maraqlıdır", - nazir vurğulayıb.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20