Azərbaycan bərpa olunan enerji sahəsini sürətlə inkişaf etdirə bilər.
“Report” xəbər verir ki, bunu Macarıstan Batareya Assosiasiyasının baş icraçı direktoru Peter Kaderyak Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji sahəsində çox yaxşı imkana malikdir: “Çünki hazırda fotovoltaik və ya külək sektorlarınızı sürətlə inkişaf etdirməyə başlaya bilərsiniz. Macarıstanda biz bu sahəni aşağı fotovoltaik layihələr həyata keçirməklə inkişaf etdirməyə başladıq".
O bildirib ki, Azərbaycan əvvəldən hibrid bərpa olunan enerji layihələrini, yəni fotovoltaik, bəlkə də günəş və enerji saxlama sistemlərinin birləşməsini daha ciddi şəkildə nəzərdən keçirə bilər: "Çünki bu zaman Azərbaycan əvvəlcədən bərpa olunan enerji stansiyalarından hətta baza elektrik enerjisi istehsal etmək imkanı əldə edə bilər".