Pərviz Şahbazov vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov Bakı şəhəri, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik naqilləri və dirəklərinin istismar vəziyyəti, enerji sərfiyyatının hesablanması, elektrik enerjisi və təbii qazdan istifadəyə görə borcun yaranması, sayğacların quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35