Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodunda 2020-ci il ərzində 476 min ton metanol məhsulu istehsal edilib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın saytında dərc olunan şirkətin 2020-ci il üzrə illik hesabatında deyilir.
Hesabata əsasən, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 24,3 % çoxdur.
2020-ci ildə Metanol zavodu məhsul istehsalı ilə bağlı proqnoz tapşırığını 99 % yerinə yetirib.
Hesabat dövründə 478,9 min ton metanol məhsulu satılıb ki, bu da daha əvvəlki illə müqayisədə 19,7 % çoxdur.
Bunun 469 min tonu ixracın, 9,9 min tonu isə daxili bazarın payına düşüb. Daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə bu müfaviq olaraq 3,7 % və 20,1 % çoxdur.
Əsas ixrac istiqamətləri Türkiyə, İtaliya, Rumıniya, İsrail və İspaniya ölkələri olub.