Ötən il Azərbaycan neft ixracını 1 % azaldıb

2021-ci il ərzində Azərbaycan 28,1 milyon ton neft (kondensatla birlikdə) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabata görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 287 min ton, yəni 1 % az neft (kondensatla birlikdə) ixrac edilib.

Bu həcmlərin 26,8 milyon tonu ABƏŞ konsorsiumu, 1,3 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40