Bu ilin iyun ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə neft ixracı orta hesabla 595 min barel olub.
“Report” xəbər verir ki, bu barədə OPEC-in iyul ayı hesabatında məlumat verilib.
“İyunda may ayı ilə müqayisədə BTC ilə ixrac sutkada 25 min barel və ya 4 % azalaraq orta hesabla gündəlik 595 min barel səviyyəsinə çatıb”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, 2006-cı il iyulun 13-də BTC-nin açılışı olub. Uzunluğu 1768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1076 km Türkiyə ərazisindən keçir.