Neftin qiymətində artım sürətlənir

Dünya neft bazarında OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın qüvvədə saxlanılması qərarı müzakirə olunarkən qiymətlərin artımı sürətlənib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13.22-yə olan vəziyyətə görə, “Brent” markalı neftin avqust fyüçersləri 0,94 faiz bahalaşaraq 70,91, WTI markalı neftin iyul fyüçersləri də 0,78 faiz bahalaşaraq 68,25 dollardan satılıb.

Xatırladaq ki, dünən OPEC+ ölkələri üzrə nazirlərin görüşündə hasilıatın ixtisarına dair əvvəlki şərtlər qüvvədə saxlanılıb ki, bu da iyul ayında hasilatın bir qədər artacağı deməkdir. Sonrakı planlar iyulun 1-də keçiriləcək növbəti görüşdə müəyyənləşdiriləcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35