Neftin qiyməti cüzi düşüb

Dünya bazarlarında neft cüzi ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,22% ucuzlaşaraq 1 bareli 96,57 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,04% aşağı düşərək 1 bareli 90,63 ABŞ dolları təşkil edib.

Ucuzlaşma investorların neft xammalına olan tələbin azalması amillərini qiymətləndirməsi ilə əlaqələndirilir. Buna səbəb dünya iqtisadiyyatında resessiya ehtimalının hələ də qalması və Çinin koronavirusa qarşı məhdudiyyətlər tətbiq etməsidir.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20