Neftin qiyməti cüzi düşüb

İqtisadi proqnozun qeyri-müəyyənliyi fonunda dünya bazarlarında neftin qiyməti cüzi düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin oktyabr fyuçersləri 0,75 % ucuzlaşaraq 1 bareli 97,64 ABŞ dollarına satılıb. "WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,74 % aşağı düşərək 1 bareli 93,97 ABŞ dolları təşkil edib.

Treyderlər yüksək iqtisadi qeyri-müəyyənlik şəraitində neftə olan tələbin perspektivlərini qiymətləndirməkdə davam edirlər. Dünya üzrə mərkəzi banklar inflyasiyanın sürətlənməsinin qarşısını almağa çalışır, bu isə resessiyaya səbəb ola bilər.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35