Neftin qiyməti azalır

OPEC+ ölkələrinin avqust ayında hasilatı artıracağı ilə bağlı xəbərlərdən sonra dünya bazarında neftin qiyməti azalmağa başlayıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-a olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin sentyabr fyuçerslərinin bir barelinin qiyməti 1,06% azalaraq 42,78 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,01% azalaraq 40,14 ABŞ dolları olub.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35