Neft ucuzlaşıb

İnvestorlar Çinin COVID-19-la bağlı sıfır tolerantlıq siyasətini mənfi qiymətləndirdiyi üçün neftin qiyməti düşüb.

“Report” xəbər verir, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin yanvar fyuçersləri 0,59 % ucuzlaşaraq 1 bareli 93,31 ABŞ dollarına satılıb. WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 0,75 % düşüb və 1 bareli 86,27 ABŞ dolları təşkil edib.

Digər xəbərlər