Neft qiymətləri yüksəlib

Avrozonada və ABŞ-da iqtisadi göstəricilərin açıqlanması ərəfəsində dünya bazarında neftin qiyməti artıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin iyul füçersləri 0,45 % bahalaşaraq 75,56 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,44 % artaraq 1 bareli 71,42 ABŞ dolları təşkil edib.

Neft bazarı qiymətlərə təsir edə biləcək bir sıra iqtisadi göstəricilərin açıqlanmasını gözləyir. Belə ki, bu gün “Eurostat” Avrozonada I rüb üzrə ÜDM-in həcmi ilə bağlı proqnozunu dərc edəcək. Bundan başqa, bu gün ABŞ-da aprel ayı üzrə sənaye istehsalı ilə bağlı məlumatlar açıqlanacaq. Analitiklər göstəricinin əvvəlki ayla müqayisədə dəyişməyəcəyini proqnozlaşdırırlar. 

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20
Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45