Neft qiymətləri fərqli dinamika nümayiş etdirib

Bu gün dünya bazarında neft qiymətləri vahid dinamika nümayiş etdirməyib.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçersləri 0,01 % bahalaşaraq 74,92 ABŞ dollarına satılıb. "WTI" markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,04 % düşərək 1 bareli 70,83 ABŞ dolları təşkil edib.

Hazırda əsas diqqət yeni makrostatistik göstəricilərin, o cümlədən ABŞ-da bu xammalın ümumi ehtiyatları ilə bağlı statistikanın açıqlanmasına yönəlib.

Digər xəbərlər