Neft korreksiya çərçivəsində ucuzlaşıb

İki günlük qiymət artımından sonra dünya bazarında neft korreksiya çərçivəsində ucuzlaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,47 % ucuzlaşaraq 1 bareli 99,13 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,51 % aşağı düşərək 1 bareli 93,87 ABŞ dolları təşkil edib.

Əvvəlki iki gün ərzində “Brent” nefti 3,39 %, WTI nefti 4,2 % bahalaşmışdı.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35