Neft korreksiya çərçivəsində bahalaşıb

İqtisadi artımın yavaşlaması ilə bağlı narahatlıqlar fonunda ötən gün 4 % dəyər itirən neft korreksiya çərçivəsində bahalaşıb.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin iyul fyuçersləri 0,82 % bahalaşaraq 72,92 ABŞ dollarına satılıb. "WTI" markalı neftin iyun fyuçerslərinin qiyməti isə 0,58 % artaraq 1 bareli 69 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün “Brent” markalı neft 4,17 %, "WTI" isə 4,27 % dəyər itirib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35