Neft cüzi ucuzlaşıb

Dünya bazarında neft qiymətləri cüzi azalıb, ümumilikdə sabitlik nümayiş etdirib.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun füçersləri 0,03 % ucuzlaşaraq 1 bareli 86,28 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0,05 % düşüb və 1 bareli 82,38 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ-ın Energetika Nazirliyinin ölkədə may ayı üzrə neft hasilatı ilə bağlı proqnozunu açıqlamasını gözləyirlər.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35