Neft ABŞ dollarının məzənnəsinin zəifləməsi fonunda cüzi bahalaşıb

Dünya bazarında neft qiymətləri ABŞ dollarının məzənnəsinin zəifləməsi fonunda cüzi artıb.

“Report” xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçersləri 0,15 % bahalaşaraq 1 barel üçün 85,27 ABŞ dolları təşkil edib.

WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,22 % artaraq 81,73 ABŞ dolları olub.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 22 oktyabr, 2026 / 09:59