Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Report"un yerli bürosu xəbər verir ki, 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan 20 nömrəli 10 kilovoltluq hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədər açılacaq.

Bu səbəbdən, dekabrın 11-i saat 15:00-dan 16:00-a qədər Naxçıvan şəhərinin Nəcməddin Naxçıvani, Səməd Vurğun və Vüqar Abbasov küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35