BP və tərəfdaşları Azərbaycanda institusional potensialın gücləndirilməsinə öz səylərini davam etdirəcək

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, “Chevron”, LUKOİL, NİCO, “Equinor”, INPEX, “ExxonMobil”, SGC, ITOCHU, ONGC, TOTAL, Eni - 2015-ci ildə başlamış “Miqrasiya proseslərinin effektiv idarə olunmasına dəstək” layihəsinin uğurla tamamlandığını bu gün elan etdilər.

Bu barədə "Report"a şirkətdən məlumat verilib.

Bu layihə ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən daha geniş miqyaslı “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” proqramının bir hissəsidir.

Layihənin məqsədi potensialın yaradılması və texniki dəstək göstərilməsi vasitəsilə hökumətin miqrasiya strategiyalarının, siyasətlərinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsinə yardım etmək üçün ölkəyə qabaqcıl beynəlxalq təcrübələri ötürmək idi.

Bura yeni viza rejimi üçün effektiv idarəetmə mexanizminin hazırlanmasına və yaradılmasına yardım etmək və miqrasiya proseslərinin effektiv idarə olunması üçün hüquqi və institusional potensialı gücləndirmək, o cümlədən təşkilati fəaliyyəti və səmərəliliyi təkmilləşdirmək və qurumlar arasında əməkdaşlığı artırmaq daxildir.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Layihə fəaliyyətlərinin səmərəliliyini təmin etmək üçün layihənin dörd illik icrası ərzində bütün cəlb olunmuş tərəflər – həm sponsorlar, həm də benefisiarlarla sıx əməkdaşlıq etmişik. Biz həm hökumətin, həm də müxtəlif miqrant qrupların faydalana biləcəyi davamlı nəticələrə nail olmaqla bu mühüm layihənin uğurla tamamlanmasından məmnunuq. Azərbaycanın uzunmüddətli biznes-partnyorları kimi BP və onun tərəfdaşları ölkədə institusional potensialın gücləndirilməsi, effektiv idarəçiliyin möhkəmlənməsi və bu məqsədlə texniki və insan resurslarının inkişaf etdirilməsi yönümündə aparılan işlərə yardım etmək üçün öz səylərini davam etdirəcək”.

Layihə Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq dövlət qurumlarını əhatə edir.

BP və tərəfdaşlarının layihəyə qoyduğu ümumi sərmayə 664 913 avro təşkil edib və bu vəsait layihənin dörd illik müddəti (2015-2018) ərzində altı fazanı əhatə edib.

Layihənin əsas nailiyyətləri aşağıdakılardan ibarət olub:

Digər xəbərlər