IEA: Azərbaycan oktyabrda "OPEC+" kvotasından gündəlik 111 min barel geri qalıb

Azərbaycanda neft hasilatı oktyabr ayında gündəlik 440 min barel təşkil edib.

Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, sentyabr ayının göstəricisi ilə müqayisədə 1 min barel azdır.

IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın sentyabr ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 111 min barel geri qalıb.

Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.

Digər xəbərlər