Çexiya enerji təchizatı mənbələrinin şaxələndirilməsi çərçivəsində Azərbaycandan təbii qaz tədarükündə maraqlıdır.
"Report"un Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Avropa Siyasi Birliyinin sammiti başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycandan qaz ilə bağlı məsələyə maraq var, çünki biz müxtəlif ssenarilərə hazır olmalı və mümkün qədər çox qaz tədarükü mənbəyinə malik olmalıyıq", - A.Babiş qeyd edib.
Xəbər yenilənir