Azərbaycan COP31-də "yaşıl enerji" layihələrində əməkdaşlığı müzakirə edib

Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan tərəfi dünyanın bir sıra tanınmış şirkətləri ilə külək və günəş enerjisi layihələri, həmçinin yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.

Nazir bildirib ki, Azərbaycan və Danimarkanın "Vestas" şirkəti arasında ölkədə külək enerjisi layihələri və yaşıl enerji dəhlizləri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb. Şirkətin layihələrdə iştirakı və müasir külək enerjisi texnologiyalarının tətbiqi barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, Antalyada Səudiyyə Ərəbistanının "Acwa" şirkətinin baş icraçı direktoru Dr. Samir J. Serhan ilə külək və günəş enerjisi layihələri üzrə əməkdaşlıq müzakirə edilib. Yeni layihələrin şəbəkəyə inteqrasiyası və yaşıl enerji dəhlizləri vasitəsilə Türkiyə və Avropa bazarlarına elektrik enerjisi ixracı imkanlarını dəyərləndirilib.

Həmçinin, P. Şahbazov COP31-də NKT şirkətinin baş vitse-prezidenti Michael Suhr ilə "Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizinin reallaşdırılmasında əməkdaşlıq imkanlarını dəyərləndirib. O qeyd edib ki, şirkətin sualtı kabel texnologiyaları üzrə təcrübəsindən istifadə və layihənin texniki hazırlığı ilə bağlı müzakirələr aparılıb.

Digər xəbərlər