OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb

Bu ilin sentyabr ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 540 min barel təşkil edib.

"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Bu ilin avqust ayı ilə müqayisədə sentyabrda BTC ilə neft nəqli 1 % və ya gündəlik 2 min barel azalıb.

Ümumilikdə, bu ilin sentyabr ayında BTC boru kəməri ilə neft nəqli keçən ilin sentyabr göstəricisinə nisbətən 7 % və ya 37 min barel/gün azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

Digər xəbərlər