Bu ilin may ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı orta hesabla gündəlik 620 min barel təşkil edib.
"Report" xəbər verir ki, bu barədə OPEC-in iyun hesabatında qeyd edilib.
“Mayda aprel ayı ilə müqayisədə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac gündəlik 43 min barel və ya 8 % artaraq orta hesabla gündəlik 620 min barel səviyyəsinə çatıb”, - neft kartelinin hesabatında bildirilib.
Qeyd edək ki, 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışı olub. Uzunluğu 1 768 kilometr olan kəmər Azərbaycan (443 km), Gürcüstan (249 km) və Türkiyə (1 076 km) ərazisindən keçir.