“Masdar” Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində strateji investor kimi qalmaq niyyətindədir

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində strateji investor kimi qalmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu “Masdar”ın Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

“Şirkətimiz bərpa olunan enerji mənbələri sahəsində böyük təcrübəyə malikdir. Biz Azərbaycanda, Özbəkistanda və regionun digər ölkələrində işləyirik”, - o bildirib.

A.Zayed Qaradağda 230 MVt-lıq birgə günəş enerjisi layihəsinin əhəmiyyətini vurğulayıb: “Ötən gün biz daha bir müqavilə imzaladıq. Ancaq Azərbaycanın bərpa olunan enerji mənbələrində inkişaf üçün daha böyük potensialı var”.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35