Mark Rutte: "Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir"

"Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir".

"Report" xəbər verir ki, bunu Niderland Krallığının Baş naziri Mark Rutte Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı deyib.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35