KİV: Tramp Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək.

“Report” “Financial Times”a istinadən xəbər verir ki, o, bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırıb.

Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər.

“FT” həmsöhbətləri onu da iddia ediblər ki, Tramp seçki kampaniyası zamanı verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir. Belə ki, Tramp sülhün güc yolu ilə təmin olunması üçün münaqişənin qaynar mərhələsi başa çatdıqdan sonra Kiyevi aktiv şəkildə silahla təmin etmək niyyətindədir.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18
Azərbaycan nefti cüzi bahalaşıb 20 noyabr, 2026 / 09:39
Azərbaycan nefti ucuzlaşıb 19 noyabr, 2026 / 09:35