KİV: Finlandiyada "LUKOİL"in operatorunun 430 YDM-i mərhələli şəkildə bağlanacaq

Finlandiyada fəaliyyət göstərən Rusiyanın "LUKOİL" neft şirkətinə məxsus "Teboil" operatoru ölkədəki yanacaqdoldurma məntəqələrini (YDM) bağlamağa hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə Qərb KİV-i məlumat yayıb.

Bildirilib ki, operator bu addımı ABŞ-nin sanksiyaları fonunda yanacaq çatışmazlığı səbəbindən atır.

Məlumata görə, "Teboil" ölkədə 430 yanacaqdoldurma məntəqəsinə sahibdir və bu da ümumilikdə 2250 məntəqənin təxminən beşdə birini təşkil edir.

"Yanacaqdoldurma məntəqələri yanacaq ehtiyatları tükəndikcə mərhələli şəkildə bağlanacaq", - KİV "Teboil"in bəyanatını sitat gətirib.

Finlandiyanın Nəqliyyat Nazirliyi məsələ ilə bağlı hələ ki şərh verməyib.

Digər xəbərlər

Azərbaycan nefti 2 % ucuzlaşıb 17 dekabr, 2025 / 09:29